Vakansiyaya dair tələblər: • İş sahəsindəki səliqə-səhmanı tərtib etmək və sonrakı növbəyə təhvil vermək; • Bütün avadanlıqların yoxlanışını həyata keçirmək, təmizliyini təmin etmək; • Sahə daxilindəki tullantıları etiketlərinə görə uyğun tullantı sahəsinə göndərilməsini təmin etmək; • Zavoda aid bütün nümunələri tələb olunan zamanda əksiksiz və prosedura uyğun şəkildə laboratoriyaya təhvil vermək; • Kömür, kaustik soda, SMBS (natrium pirosulfid) və sianid hazırlama əməliyyatlarına kömək etmək; • İdarəetmə otağı, laboratoriyanın təmizliyini təmin etmək və çatışmazlıqları aradan qaldırmaq; • FMV-ləri nəzarətdə saxlamaq və çatışmazlıqları aradan qaldırmaq; • Sahə daxilində görülən mexaniki, elektrik və.s işlərə nəzarət etmək, iş təhlükəsizliyi barədə hansısa problemi bildirmək və kömək etmək; • Qırıcı, dəyirman, tikner, CİL, detoks, kimyəvi maddə hazırlama və tullantı hovuzları bölmələrində hansısa personal əksikliyi olduğu halda onları əvəzləmək; • Növbə təhvil təslimini yerində və əksiksiz şəkildə etmək; • Lazımi təlimatları oxumaq, anlamaq və tətbiq etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Məsuliyyət, Əməkdaşlıq, Çeviklik; • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi: • Orta təhsil. • Müvafiq və ya yaxın sahələr üzrə 1 il iş təcrübəsi arzuolunandır.
İş qrafiki: • Növbəli iş rejimi,iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə tənzimlənir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.