Əsas vəzifələri: ▪Karbon təhlükəsizlik ekranını idarə edərək və təmizləyərək axının düzgün keçməsini təmin etmək; ▪HCN (hidrogen sianid), SO2 (kükürd dioksidi) və NH3 (ammonyak) kimi qaz ölçmələrini müntəzəm olaraq həyata keçirmək; ▪Zavod boyu dəyişə bilən çən səviyyəsi, CN Free (sərbəst sianid), CN WAD (disossasiya edən zəif turşulu sianid), pH, kimyəvi səviyyə, qatılaşma anı, qatılaşmanın səviyyəsi, qatılaşma kütləsi, qaz detektorlarının oxunuşları, axın sürəti və qeydlər kimi parametrləri izləmək, şərh etmək və məlumatlandırmaq; ▪Detox – 1 və Detox – 2 tanklarının giriş və çıxışlarından hər iki saatdan bir və ya növbə rəhbərinin tələbi ilə nümunələr götürərək CN WAD ölçməsini həyata keçirmək; ▪Hər iki saatdan bir, udulmuş çökdürmə çəninin alt axınından nümunə götürərək alt axını ölçmək; ▪Hər iki saatdan bir və ya növbə rəhbərinin tələbi ilə bütün detox çənlərindən həll olunmuş oksigeni ölçmək və nəticələri jurnalda qeyd etmək; ▪Bütün detox – 1 və detox – 2 çənlərinin çıxış yerlərindən hər 4 saatda bir dəfə və ya növbə rəisinin tələbi ilə bərk-maye nümunələrinin götürülməsini və kimya laboratoriyasına çatdırılmasını təmin etmək; ▪Hər 12 saatda bir dəfə avtomatik nümunə götürəndən bərk-maye nümunəsi götürərək kimya laboratoriyasına çatdırmaq üçün bərk-maye nümunəsini təmin etmək; ▪Detox çökdürücü çəninə ən uyğun flokulyant dozasını təyin etmək və lazımi nəzarətləri təmin etmək; ▪SMBS (natrium pirosulfid) doza tənzimləmə nöqtələrinə və dozanın istənilən miqdarda olub-olmamasına nəzarət etmək və ən uyğun dozanı təmin etmək; ▪Mis sulfatın doza tənzimləmə nöqtələrinə və dozanın istənilən miqdarda olub-olmamasına nəzarət edərək və ən uyğun dozanı təmin etmək; ▪Növbədə ən azı bir dəfə oksigen təchizatı aqreqatlarının yoxlanılmasını təmin etmək, əks vəziyyət yarandıqda isə lazımi texniki xidmət bölməsinə və növbə rəhbərinə məlumat vermək; ▪Təlimatlara uyğun olaraq həftəlik nasos dəyişikliklərinin aparılmasını təmin etmək və işləməyən ehtiyat nasosu təmizləmək; ▪Qırıcı, dəyirman, çökdürmə çəni, CİL, detoks, kimyəvi hazırlıq və nəm tullantı hovuzu bölmələrindən hər hansı birində kadr çatışmazlığı olduqda əməliyyat vəzifələrini yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları; • Vəzifənin tələblərinə uyğun olaraq müvafiq sertifikatların olması arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi: * Orta və ya orta ixtisas təhsili * İş təcrübəsi: müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.