• Tırtıllı bəsləyicilərin, konveyrlərin, ələklərin, dəyirmanlarin, siklonların, siklon bəsləmə nasoslarının və quyu nasoslarının düzgün işləməsinə nəzarət etmək və yarana biləcək problemlər barəsində növbə nəzarətçisinə məlumat vermək; • Xüsusilə əməliyyatlar zamanı baş verə biləcək qəfil dəyişiklikləri görüb müdaxilə etmək, lazımlı məlumatları növbə nəzarətçisinə və nəzarət otağı operatoruna ötürmək; • Nəmlik analizi və metallurji testlərin aparılması üçün lazımlı nümunələri toplamaq; • Dəyirmanların çıxışından, siklonun girişindən, alt-axınından və üst-axınından nümunələri götürmək və sıxlıqlarını ölçmək; • Dəyirmanlarda optimal parametrləri əldə etmək üçün dəyirmanlara yetərli miqdarda şarlar əlavə etmək, qeyd cədvəlində qeyd etmək; • Dəyirmanların girişində tıxanmanın qarşısını almaq üçün və dəyirmanların ən effektiv şəkildə işləməsini təmin etmək üçün bəslənən filizin və suyun miqdarına, dəyirmanların çıxışındakı pulpanın qatılığına nəzarət etmək və qeyd cədvəlində qeyd etmək; • Siklonun optimal işləməsini təmin etmək üçün siklon bəsləmə nasoslarının sürətinə, axın sürətinə, siklon təzyiqinə, siklon bəsləmə bunkerinin səviyyəsinə, siklon alt-axının axış bucağına, işlək və təmirdə olan siklonlara, apeks və vorteksin sazlığına nəzarət etmək və qeyd cədvəlində qeyd etmək; • Dəyirman zibil ələyinə nəzarət etmək və mütəmadi olaraq təmizləyərək düzgün axını təmin etmək, şarlı dəyirmanın altında toplanmış tullantıları kənarlaşdırmaq; • Dəyirmanlarda, tırtıllı bəsləyicilərdə, konveyrlərdə, siklonlarda və nasoslarda edilən texniki qulluq və təmir işlərinə dəstək göstərmək; • Dəyirmanlar dayandığı zaman mütəmadi olaraq dəyirmanların ağır döndərməsini həyata keçirmək; • Antiskalant dozajlama nöqtələrinə və dozanın istənilən miqdarda olub-olmamasına nəzarət etmək və ən uyğun dozanı təmin etmək; • Dəyirmanların astar və lifterlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması proseslərində iştirak etmək; • İstehsalatın proses parametrlərinə uyğun ən yüksək performansla işləməsini təmin etmək; • Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək; • Növbə təhvil təslimini yerində və əksiksiz şəkildə etmək; • Lazımi təlimatları oxumaq, anlamaq və tətbiq etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Çeviklik; • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Orta-ixtisas və ya peşə təhsili; • Müvafiq və oxşar sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür;
İş qrafiki:
• Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.