Dizayner / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Mətbuatla iş sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Cəmiyyətin fəaliyyətini əks etdirən tanıtım materiallarının (prezentasiyalar, korporativ kitablar, broşurlar və s.) dizaynlarının hazırlanması;
* Cəmiyyətin sosial şəbəkə hesablarında paylaşılacaq məzmunların grafik dizaynlarının hazırlanması;
* Cəmiyyət tərəfindən həyata keçirilən tədbirlərdə istifadə edilən çap məhsullarının dizaynlarının hazırlanması, həmçinin çap məhsullarını istehsal edəcək tərəflər ilə məhsulların çapı ilə bağlı işlərin koordinasiya edilməsi;
* Şöbənin, həmçinin Cəmiyyətin fəaliyyəti ilə bağlı elektron hesabatların təqdim edilmiş məlumatlara əsasən vizuallaşdırılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:
* “Adobe Indesign”, “Adobe Photoshop”, “Adobe Illustrator” proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
* Kompozisiya prinsiplərini, tipoqrafiyanı, qrafik üslubları və onları tətbiq etmək qabiliyyətlərini bilmək bacarığı; ( “Adobe After Effects” proqramında işləmək bacarına sahib olması arzuolunandır)
* Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri.
* Həmçinin, PORTFOLİO linkini əlavə etməyiniz mütləqdir.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali Təhsil.
• Müvafiq sahədə 3 il iş təcrübəsi.
Digər vakansiyalar