Dizayner köməkçisi / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Mətbuatla iş sektoru

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin fəaliyyətini əks etdirən tanıtım materiallarının (prezentasiyalar, korporativ kitablar, broşürlər və s.) dizaynlarının hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin sosial şəbəkə hesablarında paylaşılacaq məzmunların qrafik dizaynlarının hazırlanmasında iştirak etmək;
• Cəmiyyət tərəfindən həyata keçirilən tədbirlərdə istifadə edilən çap məhsullarının dizaynlarının hazırlanmasında iştirak etmək, həmçinin çap məhsullarını istehsal edəcək tərəflər ilə məhsulların çapı ilə bağlı işlərin koordinasiya edilməsində iştirak etmək;
• Cəmiyyətin təşkil etdiyi tədbirlərin vizual təsvirlərinin hazırlanmasında iştirak etmək;
• Şöbənin, həmçinin Cəmiyyətin fəaliyyəti ilə bağlı elektron hesabatların təqdim edilmiş məlumatlara əsasən vizuallaşdırılmasında iştirak etmək;
• Şöbənin, sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək, şöbənin, sektorun ümumi fəaliyyətində iştirak etmək;
• Şöbəyə, sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı,Rus dili isə arzuolunandır ;
• Microsoft Office proqramında yaxşı işləmə bacarıqları;
• Adobe Illustrator, Adobe Photoshop, InDesign proqramlarında işləmə bacarıqları (animasiya və montaj sahəsində təcrübəli namizədə üstünlük veriləcək).
• Qrafik dizayn sahəsində müvafiq sertifikatlara malik olması və SMM sahəsində biliklərinin olması arzuolunandır;
• Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, nizam-intizam, stresə davamlı, yaradıcı, viral düşünmə qabiliyyətinə malik;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar