Filizə nəzarət texniki / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı (hasilat)

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Keyfiyyətə nəzarət və dağ-mədən mühəndisliyi məqsədləri üçün qazılmış dağ süxurlarından (partlatma işləri üçün quyular) ştuf nümunəsi, mədən ya ehtiyyat anbarlarından digər filiz nümunələrini almaq;
• Mədən geoloqunun tələbi/sifarişi əsasında, düzgün nömrədən istifadə edərək, nümunənin etiketlənməsi və laboratoriyaya çatdırılmasını təmin etmək;
• Daşınma zamanı tərəzi məlumatlarının qeydiyyatının aparılması, qapanlı tərəzilərinin mütəmadi işlək və kolobrasiya olunmasının yoxlanılmasının podradçıdan tələb edilməsi;Müqavilələrin tərtibatının təkmilləşdirilməsinə dair sektor müdirinə təkliflər vermək;
• Filiz hüdudları bloku və yük maşınının nömrəsini qeyd edərək, mədəndə Filiz dağ-mədəni yoxlamaq və hər səhər mədən geoloquna gündəlik qeydləri təqdim etmək;
• Qazıntı zamanı Filiz itkisi və Filiz çirklənməsini minimuma endirmək üçün mədəndə Filiz hüdudlarını yoxlamaq;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili (səlis), İngilis dili (arzuolunandır), Rus dili (arzuolunandır);
• Microsoft Office və CIS proqram təminatı ilə işləmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Orta-ixtisas və ya peşə təhsili (yaxın və uyğun texniki istiqamətlər üzrə);
• Müvafiq və yaxın sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür

İş qrafiki:

• Növbəli iş qrafiki.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar