Əsas vəzifə və öhdəliklər: • Layihə üzrə müqavilələrin hazırlanması prosesində aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək və prosesin izlənməsində iştirak etmək; • Layihə çərçivəsində hazırlanmış müqavilələr, xidmət sifarişləri, texniki tapşırıqlar və digər sənədlərin razılaşdırılma proseslərini izləmək, aidiyyəti tərəflərlə əlaqələndirməni həyata keçirmək; • Satınalma və Təchizat Zəncirinin İdarəedilməsi şöbəsi ilə koordinasiya edərək layihə üzrə satınalma və müqavilə proseslərinin sorğularını cavablandırmaq, statusunu izləmək və müvafiq məlumatları layihə menecerinə təqdim etmək; • İnzibati İşlər şöbəsi ilə koordinasiya edərək layihə üzrə tələb olunan təşkilati və inzibati məsələlərin icrasını izləmək; • Sənədlərlə iş və sənəd dövriyyəsi üzrə aidiyyəti struktur bölmələrlə koordinasiya aparmaq, layihəyə aid sənədlərin vaxtında hazırlanmasını, qeydiyyatını və paylaşılmasını izləmək; • Layihə üzrə daxil olan və göndərilən məktubların, xidməti yazışmaların, qərarların və digər rəsmi sənədlərin qeydiyyatının və izlənməsinin təşkilində iştirak etmək; • Layihə üzrə fəaliyyət planlarının, iclas qərarlarının, tapşırıqların və görüləcək işlərin izlənməsini təmin etmək, icra statusu barədə mütəmadi məlumatlar hazırlamaq; • Risk reyestrinin hazırlanmasında və nəzarət mexanizmlərinin tətbiqində, monitorinqində iştirak etmək; • Fəaliyyət planlarının, qərar jurnallarının və digər idarəetmə sənədlərinin hazırlanması və yenilənməsində iştirak etmək; • Layihə iclaslarının təşkili, protokolların hazırlanması, qəbul edilmiş qərarların və tapşırıqların izlənməsini təmin etmək; • Layihə üzrə aylıq, rüblük və digər dövri hesabatların hazırlanması üçün tələb olunan məlumatların toplanmasında və sistemləşdirilməsində iştirak etmək; • Layihə üzrə sənədlərin elektron və fiziki arxivinin aktuallığını və tamlığını təmin etmək; • Layihənin icrası zamanı müxtəlif struktur bölmələri arasında məlumat mübadiləsinin və koordinasiyanın təmin edilməsində iştirak etmək; • Layihə menecerinin tapşırıqlarına uyğun olaraq layihə idarəetməsi ilə bağlı digər koordinasiya və sənədləşmə işlərini həyata keçirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili (mükəmməl), İngilis (əla) və Rus dilləri (yaxşı); • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; • Güclü təşkilatçılıq və koordinasiya bacarıqları; • Rəsmi yazışmaların hazırlanması və sənədlərlə işləmək bacarığı; • Sənəd dövriyyəsi və arxivləşdirmə prinsipləri üzrə biliklər; • Layihələrin idarə edilməsi üzrə ümumi biliklər; • Müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı; • Analitik düşünmə və hesabatların hazırlanması bacarığı; • PMP və ya IPMA sertifikatının olması üstünlükdür (arzuolunandır).
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və ya layihə idarəetməsi üzrə). • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.