Hasilat və emal sahələrinin keyfiyyət dayanıqlığı üzrə müavin / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Məsuliyyət:
Dağ-mədən və emal proseslərin keyfiyyətini təmin etmək üçün məsuliyyət daşıyır. Bu vəzifənin məqsədi, zavodda keyfiyyətə nəzarət (QC) və keyfiyyətin təminatı (QA) siyasətlərini, prosedurlarını və standartlarını hazırlamaq və həyata keçirməkdir.

Əsas vəzifə və öhdəliklər:
• Keyfiyyətə nəzarət prosedurlarının həyata keçirilməsini təmin etmək üçün siyasət, prosedur və standartları hazırlamaq və tətbiq etmək;
• Xammal, aralıq məhsullar və son məhsullar üzərində keyfiyyətə nəzarət testləri, yoxlamalar və təhlilləri idarə etmək;
• Keyfiyyət nəticələri, məlumatları və statistikaları qiymətləndirmək və hər hansı qeyri-uyğunluqları və ya səhvləri müəyyən etmək;
• Keyfiyyətə nəzarət məsələlərini və ya şikayətlərini araşdırmaq, düzəldici və profilaktik tədbirlər həyata keçirmək;
• Keyfiyyətə nəzarət avadanlıqlarını, cihazlarını və materiallarını saxlamaq və kalibrasiya etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office və ERP, LİMS proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
• Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Mədən mühəndisliyi, metallurgiya, kimya mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
• Sertifikat: ISO 9001, Six Sigma və ya Lean kimi keyfiyyət idarəetmə üzrə sertifikat və ya akkreditasiya.
• Mineral emalı sahəsində keyfiyyətə nəzarət və keyfiyyətin təminatı üzrə ən azı 5 il təcrübə iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar