İdarə rəisi / Qeyri-filiz yataqlarının istismarı idarəsi / Təmir-tikinti və texniki təminat sahəsi üzrə

Vakansiyaya dair tələblər

Vəzifə öhdəlikləri:
• Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə texniki nəzarət işlərini təşkil və idarə etmək;
• İstismar proseslərinin təsdiq edilmiş layihələrə, texniki norma və qaydalara uyğun aparılmasına nəzarət etmək;
• Karxanalarda, hasilat və istehsalat sahələrində texniki yoxlamaların, monitorinq və nəzarət tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
• Faydalı qazıntı ehtiyatlarının səmərəli və təyinatı üzrə istifadəsinə nəzarət etmək;
• İstehsalat sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərin icrasına nəzarət etmək;
• Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla qarşılıqlı əməkdaşlığı təmin etmək;
• Müasir texnologiyaların və nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
• Yataqların işlənməsi, hasilat və istehsalat proseslərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki norma və standartlara, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun aparılmasına nəzarəti təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır;
• MS Office (Outlook, Word, Excel),  AutoCAD  və Autodesk Civil 3D proqramlarında işləmə bacarığı;
• Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
• Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali texniki təhsil.
• Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar