İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis / Daxili nəzarət şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
•ISO 270001 üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi çərçivəsinin və İT risklərinin idarə edilməsi proqramı bazasının işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət.
• Rislərin qiymətləndirilməsi və idarə edilməsi proseslərinin təkminləşdirilməsi.
• Bütün texnologiya layihələri, sistem və xidmətlər üzrə siyasət və standartların ardıcıl tətbiqini təmin etmək.
• Kibertəhlükəsizlik siyasəti və prosedurlarının bütün işçilərə çatdırılması və tələblərin yerinə yetirilməsini təmin etmək.
• Fəlakətin bərpası və işin davamlılığı planlarının yerində olmasını və sınaqdan keçirilməsini təmin etmək.
• Nəticələrin təhlili daxil olmaqla kibertəhlükəsizlik pozuntuları ilə bağlı insidentlərin idarə edilməsini həyata keçirmək.
• Müntəzəm təhlükəsizlik auditlərini həyata keçirmək.
• İnsidentlər zamanı texniki dəstək göstərmək.
• İdentifikasiya və girişin idarə edilməsinə nəzarət etmək.
• Komanda üzvlərinə müvafiq təlimlər keçirmək və məsləhət vermək.
• Kibertəhlükəsizlik riski və proqram yeniləmələri haqqında rəhbərliyə hesabat vermək.
• Layihə və ya əməliyyat xidmətlərinin bir hissəsi olaraqmüştərilərə İnformasiya Təhlükəsizliyi üzrə məsləhət xidmətləri göstərmək.
• GDPR uyğunluğu və təhlükəsizlik üzrə ən yaxşı təcrübələri paylaşmaqla kömək etmək.
• Qlobal miqyasda mövcud texniki mühiti nəzərdən keçirmək, dəyişikliklər təklif etmək, İT Təhlükəsizliyini təkmilləşdirmək üçün dəyişiklikləri idarə etmək.
• Yeni təhlükəsizlik imkanlarını və çağırışlarını müəyyən etmək və risklərin aradan qaldırılması üçün tədbirlərn görmək.
• Rəhbərlik tərəfindən digər vəzifələr təyin oluna bilər.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• HP, IMB, VMWare, Microsoft, Linux və s. kimi təchizatçılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq İT-nin bütün aspektləri üzrə mükəmməl bilik.
• Həm yerli, həm də bulud infrastrukturu üzrə mükəmməl bilik.
• Yaxşı ünsiyyət bacarıqları, məntiqi düşünmək bacarığı, problem həll etmə bacarığı,təşkilatçılıq bacarıqları, iş yükünü prioritetləşdirmək və vaxtı idarə etmə bacarığı.
• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
•CISSP, CISA və CompTIA Security sertifikatları arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:
Kompüter Elmləri, İnformasiya Sistemləri ixtisasları üzrə ali təhsil.
Risklərin idarə edilməsi informasiya təhlükəsizliyi və İT işlərinin kombinasiyası üzrə ən azı 3 il iş təcrübəsi.
Digər vakansiyalar