Aparıcı mütəxəssis / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Hasilat sahələrinin koordinasiyası sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
15.05.2026
Yenilənmə tarixi:
13.05.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Şöbənin fəaliyyət planlarına uyğun olaraq müəyyən edilmiş dövrlərdə (aylıq, rüblük, illik və s.) hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq, təhlil etmək və sistemləşdirmək; • Toplanmış məlumatlar əsasında hesabat layihələrini hazırlamaq, onların dəqiqliyini və etibarlılığını təmin etmək; • Hasilat sektoruna həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsini təşkil etmək; • Hesabatlara dair təhlillər aparmaq, mövcud tendensiyaları müəyyənləşdirmək və gələcək fəaliyyət üçün proqnozlar verməkdə iştirak etmək; • Cəmiyyətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulmasında iştirak etmək və bu istiqamətdə təkliflər vermək; • Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsində iştirak etmək; • Texnoloji proseslərin təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək və bu istiqamətdə təlimatlar hazırlamaqda iştirak etmək; • Şöbənin fəaliyyəti ilə əlaqədar tələb olunan sənədlərin (ezamiyyə müraciətləri, əvəzgün ərizələri, avans hesabatları və digər zəruri sənədlər) hazırlanmasında iştirak etmək və onların təsdiqetmə mərhələlərini izləmək; • Hesabatların və sənədlərin arxivləşdirilməsi və saxlanılması qaydalarına riayət etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilməli; • MS Office proqramları üzrə işləmək bacarığı; • Müasir alətlər və texnologiyalardan istifadə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə Ali təhsil; • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.