Əsas vəzifə və öhdəliklər: •Cəmiyyətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq İdarə Heyətinin üzvü - sədrin müavininə təqdim etmək; •Gün ərzində 1 (bir) dəfə rəhbərliyin imzalaması üçün təqdim olunan sənədləri cəmləyərək İdarə Heyətinin üzvü - sədrin müavininə təqdim etmək; •Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək; •İdarə Heyətinin üzvü-sədrin müavininin tələb etdiyi məlumatlar barədə Cəmiyyətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra İdarə Heyətinin üzvü - sədrin müavininə təqdim etmək; •Rəhbərliyin cəmiyyət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək; • Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək; • Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq İdarə Heyətinin üzvü - sədrin müavininin çıxışlarının layihəsini hazırlamaq;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Gülərüz, yaxşı ünsiyyət bacarıqları, problem həll etmə bacarığı, təşkilatçılıq bacarıqları və vaxtı idarə etmə bacarığı. • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı). • Kompüter bilikləri: Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil arzuolunandır. • Minimum 1 il iş təcrübəsi;