Katibə / İdarə Heyətinin katibliyi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq rəhbərinə təqdim etmək;
• Gün ərzində 1 (bir) dəfə rəhbərliyin imzalaması üçün təqdim olunan sənədləri cəmləyərək rəhbərinə təqdim etmək;
• Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək;
• Rəhbərin tələb etdiyi məlumatlar barədə Cəmiyyətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra rəhbərinə təqdim etmək;
• Rəhbərliyin Cəmiyyət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək;
• Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək;
• İdarə Heyətinin iş yerini dəftərxana ləvazimatı, texniki-təşkilati vasitələrlə təmin etmək, onun səmərəli işləməsinə imkan verən şərait yaratmaq;
• Qonaqların qarşılanması və aidiyyatı üzrə yönləndirilməsi;
• Telefon zənglərinin cavablandırılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Gülərüz, çevik, dürüst, nizam-intizamlı, yaxşı ünsiyyət bacarıqları, problem həll etmə bacarığı, təşkilatçılıq bacarıqları və vaxtı idarə etmə bacarığı.
Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dilləri (sərbəst)
Kompüter bilikləri: Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil arzuolunandır.
Minimum 1 il iş təcrübəsi;

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar