• Cəmiyyətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq rəhbərinə təqdim etmək; • Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək; • Gün ərzində 1 (bir) dəfə rəhbərliyin imzalaması üçün təqdim olunan sənədləri cəmləyərək rəhbərinə təqdim etmək; • Rəhbərliyin tələb etdiyi məlumatlar barədə Cəmiyyətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra rəhbərinə təqdim etmək; • Rəhbərliyin Cəmiyyət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək; • Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək; • İdarə Heyətinin iş yerini dəftərxana ləvazimatı, texniki-təşkilati vasitələrlə təmin etmək, onun səmərəli işləməsinə imkan verən şərait yaratmaq; • Qonaqların qarşılanması və aidiyyatı üzrə yönləndirilməsi; • Telefon zənglərinin cavablandırılması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili (mükəmməl), Rus dili (sərbəst) • Microsoft Office proqramlarından yaxşı istifadə bacarığı; • Gülərüz, çevik, dürüst, nizam-intizamlı, yaxşı ünsiyyət bacarıqları, problem həlletmə, təşkilatçılıq və vaxtı idarə etmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil arzuolunandır ; • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.