Kimyəvi proseslər üzrə operator / CİL zavodu

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:
• İş yerində nizam-intizamı təmin etmək və növbəti növbəyə çatdırmaq;
• İşlədiyi ərazi üzrə bütün avadanlıqların məqsədə uyğun şəkildə və növbə nəzarətçisi tərəfindən verilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsini təmin etmək;
• Qarışdırıcıların, nasosların, yükqaldırıcı avadanlıqların, qurğuların və texnikanın düzgün işləməsinə nəzarət etmək və yarana biləcək problemlər barəsində növbə nəzarətçisinə məlumat vermək;
• Xüsusilə əməliyyatlar zamanı baş verə biləcək qəfil dəyişiklikləri görüb müdaxilə etmək, lazımlı məlumatları növbə nəzarətçisinə və nəzarət otağı operatoruna ötürmək;
• HCN (hidrogen sianid), SO2 (kükürd dioksidi) və NH3 (ammonyak) kimi qaz ölçmələrini müntəzəm olaraq həyata keçirmək;
• Hər cür kimyəvi töküntülərə dərhal müdaxilə etmək, əgər tökülmüş maddə çirklənmiş ərazidən kənardadırsa, bu barədə nəzarətçiyə məlumat vermək;
• Bütün zavodda dəyişə bilən çən səviyyəsi, pH, kimyəvi səviyyə, qaz detektorlarının göstəricilərini, axın sürəti kimi parametrləri izləmək, şərh etmək və məlumatlandırmaq və onları qeyd cədvəlində qeyd etmək;
• Mütəmadi olaraq antiskalant, əhəng, karbon, kaustik soda, natrium sianid, mis sulfat, SMBS, flokulyant, hidrogen xlorid məhlulları tələb olunan qatılıq və həcmdə hazırlamaq, onların hazırlama çənindən saxlama çəninə ötürülməsinə nəzarət etmək, hazırlanan və sahədə olan kimyəvi maddələrin ehtiyatlarına nəzarət etmək və qeydiyyatını aparmaq;
• Növbə nəzarətçisinin tələbinə uyğun olaraq kimyəvi saxlama çənlərindən nümunələr götürmək və laboratoriyaya təhvil vermək;
• Ehtiyac olduğu təqdirdə laboratoriyada pH, NaCN miqdarı, WAD sianid ölçümləri etmək, laboratoriya üçün lazımlı kimyəvi maddələri hazırlamaq və laboratoriyada istifadə edilən cihazları kalibrasiya etmək;
• Qarışdırıcılarda və nasoslarda edilən texniki qulluq və təmir işlərinə dəstək göstərmək;
• Dəyirmanların astar və lifterlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması proseslərində iştirak etmək;
• Zavodun işə düşmə və dayandırma hallarda, əməliyyat ardıcıllığını bilmək, üzərinə düşən vəzifəni məsuliyyətlə icra etmək;
• Ehtiyac olduğu təqdirdə qırıcı, dəyirman, çökdürücü çənlər, çəndə qələviləşdirmə, detoks, kimyəvi hazırlama və nəm tullantı hovuzu sahələrindən hər hansı birində növbə nəzarətçisi tərəfindən verilmiş tapşırığı yerinə yetirmək;
• Sulfat turşunun doza tənzimləmə nöqtələrinə və dozanın istənilən miqdarda olub-olmamasına nəzarət etmək və ən uyğun dozanı təmin etmək;
• Növbədə ən azı bir dəfə oksigen təchizatı aqreqatlarının yoxlanılmasını təmin etmək, əks vəziyyət yarandıqda isə lazımi texniki xidmət bölməsinə və növbə rəhbərinə məlumat vermək;
• Təlimatlara uyğun olaraq həftəlik nasos dəyişikliklərinin aparılmasını təmin etmək və işləməyən ehtiyat nasosu təmizləmək;
• Qırıcı, dəyirman, çökdürücü çəni, CİL, detoks, kimyəvi hazırlıq və nəm tullantı hovuzu bölmələrindən hər hansı birində kadr çatışmazlığı olduqda əməliyyat vəzifələrini yerinə yetirmək;
• Növbə təhvil - təslimini vaxtında yerinə yetirmək;
• Sahədə təmizlik və səliqə-səhman işlərində iştirak etmək;
• Müvafiq təlimatları oxumaq, başa düşmək və tətbiq etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Orta-ixtisas və ya peşə təhsili (yaxın və uyğun texniki istiqamətlər üzrə)
• Müvafiq və yaxın sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.

İş qrafiki:

• Növbəli iş

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar