Əsas vəzifə və öhdəliklər: Rəhbərin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək; Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində öz səlahiyyətləri çərçivəsində iştirak etmək və onun işini əlaqələndirmək; Rəhbərin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsini təmin etmək; Rəhbəri tərəfindən aidiyyəti şöbələrə və mütəxəssislərə verilən tapşırıqların icrası barədə onu məlumatlandırmaq. Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq rəhbərinə hesabat və məlumatlar təqdim etmək; Rəhbərinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq; Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə Cəmiyyəti təmsil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə qabiliyyəti, daxili və xarici yazışmaları idarə etmək bacarığı olmalıdır. Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı). Kompüter bilikləri: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil. Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00; Şənbə və Bazar istirahət günüdür.