Köməkçi / İdarə Heyətinin katibliyi

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Rəhbərin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək;
• Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində öz səlahiyyətləri çərçivəsində iştirak etmək və onun işini əlaqələndirmək;
• Rəhbərin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsini təmin etmək;
• Rəhbəri tərəfindən aidiyyəti şöbələrə və mütəxəssislərə verilən tapşırıqların icrası barədə onu məlumatlandırmaq. Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq rəhbərinə hesabat və məlumatlar təqdim etmək;
• Rəhbərinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
• Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə Cəmiyyəti təmsil etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı).
• Microsoft Office proqramları üzrə işləmək bacarığı;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə qabiliyyəti, daxili və xarici yazışmaları idarə etmək bacarığı olmalıdır;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil tələb olunur.
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;

İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar