Əsas vəzifə və öhdəliklər: • Müxtəlif növ kranla işləmə bacarığı ( Körpülü,özüyeriyən,qülləli,tırtıllı və təkərli kranlar); • Yazılı,şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək; • Xidmət edilən kranın və onun mexanizmlərinin quruluşunu və yüklərin yerdəyişmə üsullarını bilmək; • Zərurət yarandıqda kranda təmir işlərində iştirak etmək və krana texniki xidmət göstərmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis dili – müvafiq sahə üzrə texniki və peşəkar terminologiyanı anlama və istifadə etmə bacarığı; Rus dili – texniki sənədlərin oxunması və başa düşülməsi səviyyəsində arzuolunandır. • Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik; • Qülləli kran operatoru sertifikatına və FHN tərəfindən təqdim olunan dərəcə vərəqəsinə malik olmalıdır;
Tələb olunan təhsil və iş təcrübəsi: • Müvafiq sahə üzrə peşə təhsili ; • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
İş qrafiki: • Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.