Laboratoriyaya nəzarət üzrə mütəxəssis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi,
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam
Vakansiya sayı:
2
Son müraciət tarixi:
06.04.2025
Yenilənmə tarixi:
09.04.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Podratçı laboratoriyasının müvafiq beynəlxalq və yerli standartlara (ISO 17025, ASTM, EN, EPA, GOST, və s.) uyğun işləməsinə nəzarət etmək; • Laboratoriyada istifadə olunan analiz metodlarının doğruluğunu və etibarlılığını yoxlamaq; • Sınaq və analizlərin müvafiq prosedurlara uyğun aparıldığını təsdiq etmək; • Laboratoriya analizlərinin kalibrləmə və keyfiyyət nəzarəti ilə bağlı sənədləşməsini yoxlamaq; • Podratçının istifadə etdiyi ölçmə və analiz cihazlarının kalibrlənmə statusunu yoxlamaq; • Laboratoriya şəraitində təhlükəsizlik və ekoloji normalara uyğunluğa nəzarət etmək; • Laboratoriyanın analiz prosesisini yoxlamaq; • Laboratoriyada aparılan kimyəvi, fiziki və mineral analizlərin spesifikasiyalara uyğun olmasına nəzarət etmək; • Analizlərdə kənara çıxmalar olduqda podratçı ilə birgə araşdırmalar aparmaq və düzəldici tədbirlərin görülməsini təmin etmək; • Müxtəlif analitik metodlardan istifadə edərək proseslə uyğunluğunu yoxlamaq; • Laboratoriyada istifadə edilən cihazların vaxtlı-vaxtında texniki baxış edilməsinə nəzarət etmək; • Podratçının istifadə etdiyi ölçmə cihazlarının kalibrlənməsini və düzgün işləməsini yoxlamaq; • Metroloji standartlara uyğun olaraq laboratoriya avadanlıqlarının izlənməsini təmin etmək; • Laboratoriya işləri ilə bağlı audit sənədlərinin və hesabatlarının hazırlanması; • Laboratoriya fəaliyyətinə dair aylıq və illik hesabatlarının tərtib edilməsi; • Beynəlxalq və yerli standartların tələblərin tətbiqindəki uyğunsuzluqlar barədə rəhbərliyə hesabat təqdim etmək; • Laboratoriya nəticələrinin statistikasını aparmaq və prosesin inkişafı üçün tövsiyələr vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə olması arzuolunandır; • Mədən sənayesində keyfiyyətə nəzarət proseslərinə ümumi tələblər üzrə biliklər; • Sınaq laboratoriyalarına tələblər üzrə biliklər; • Kimyəvi və fiziki analiz metodları (ICP-MS, ICP-OS, AAS, XRF, titrasiya, spektrofotometriya və s.); • ISO 17025 standartı və laboratoriya akkreditasiyası prosedurları; • Metroloji nəzarət və kalibrləmə prinsipləri; • Mədən və geoloji nümunələrin laborator analiz metodları; • Beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiqi qaydaları; • Keyfiyyət idarəetmə sistemləri (İSO 9001, İSO 17025) və keyfiyyətə nəzarət standartları üzrə işləmə təcrübəsi; • Məlumatları təhlil etmək, performansa nəzarət etmək və uyğunluğu izləmək üçün mədən proqramlarından, laboratoriya avadanlıqlarından və keyfiyyətə nəzarət alətlərindən istifadə etmək bacarığı; • Problem həlletmə bacarığı, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi: • Kimya mühəndisliyi, analitik kimya, geokimya, dağ-mədən mühəndisliyi, laboratoriya elmləri və ya əlaqəli sahələr üzrə Ali təhsil; • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
İş qrafiki: • Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.