Mal-materialların idarəolunması üzrə aparıcı mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:
• Mal-materialın anbara daxil olması, buraxılışı və saxlanılmasını təmin etmək;
• Anbar qalıqlarını idarə etmək;
• Anbar əməliyyatlarının hesabatını aparmaq;
• Fəaliyyət istiqamətləri üzrə rəhbərliyin keçirdiyi iclas, görüş və digər bu kimi tədbirlərdə iştirak etmək;
• Bütün müvafiq sənədlərin və qeydlərin müvafiq işçilərə, tərəflərə ötürmək;
• Mütəmadi olaraq anbarda uzun müddət hərəkətsiz mal-materialların fiziki yoxlanışının keçirilməsi və aktlaşdırılmasını təmin etmək;
• Mal-material qiymətləndirilməsi inventarizasiyasında iştirak etmək;
• Yükün vəziyyətini yoxlayıb, zahirən nöqsan aşkarlandıqda, maddi qiymətlilərin dəyişdirilməsi üzrə tədbirlər görmək;
• Hər hansı itki və ya zərərin qarşısını almaq üçün mal-materialın qəbulu və buraxılışı üzrə kəmiyyət və keyfiyyət yoxlamasını aparmaq;
• Giriş-çıxış sənədlərinin düzgün qeydiyyata alınması və anbar sahəsinə aid hesabatların aparılmasını təmin etmək;
• İnventar və avadanlıqların yerləşdiyi ərazinin vaxtaşırı təmir olunmasına və yanğından mühafizə avadanlıqlarının anbarda olmasına nəzarət etmək;
• Anbarda olan avadanlıqlar, malların mövcudluğuna və anbar daxili hərəkətlərinə nəzarət etmək;
• Texniki təhlükəsizlik üzrə vəziyyəti və sanitar qaydalarını nəzarətdə saxlamaq.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili arzuolunandır;
• 1C və MS Office proqramlarında işləmə bacarığı;
• Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik, Problem həlletmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar