Metroloq / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsinin Keyfiyyətə nəzarət və laboratoriya bölməsi

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:

• Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək;
• Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaların vaxtında təşkilini etmək;
• Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq;
• Müəssisədə istifadə olunan ölçmə cihazlarının dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək;
• Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək;
• Metrologiyaya dair prosedurları tərtib etmək, nəzarət etmək və yeniləmək;
• Metroloji hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
• ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarətin təşkili;
• Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət;
• Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq;
• Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
• Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək;
• Laboratoriya və istehsalatda istifadə olunan ölçmə cihazlarının innovativ həllərlə inkişafına töhfə vermək;
• Qoruyucu klapanların sınaqdan keçirilməsini vaxtında və düzgün şəkildə təşkil edilməsində iştirak etmək:
• Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün texniki təhlükəsizlik sertifikatının alınması vaxtında və düzgün şəkildə təşkil edilməsində iştirak etmək:
• Qurğu və avadanlıqların pasportlarının vaxtında və düzgün şəkildə təşkil edilməsində iştirak etmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
• Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
• Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
• Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
• İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
• Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
• Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.


Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis, İngilis və Rus dilini orta səviyyədə bilməli;
• MS Office proqramlarından orta səviyyədə işləmə bacarığı;
• Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını;
• İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları;
• “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq sahədə NK-ın Qərar və Sərəncamları
• Metroloji standartlar (ISO 17025, GOST və s.).
• Ölçmə vasitələrinin dövlət yoxlaması və kalibrlənmə proseslərinə tələblər üzrə biliklər
• Ölçmə cihazlarının iş prinsipləri və diaqnostikası
• Idarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi;
• Kalibrləmə və ölçmə metodları;
• Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini;
• İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması;
• İş yeri üzrə xüsusi sertifikasiya tələb olunur;
• Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil tələb olunur (Metroloji mühəndislik, Fizika, Avtomatika, Mexanika, Elektronika, Kimya mühəndisliyi).
• Müvafiq sahə üzrə təcrübə müddəti: 2 il;
• Ümumi təcrübə müddəti: 3 il;


İş qrafiki:

• İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar