Mexanika mühəndisi / Təmir-tikinti və texniki təminat şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsinin mexanika bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:
• Müvafiq fəaliyyət sahəsi üzrə prioritetlərin müəyyənləşdirilməsində iştirak etmək, layihələrin işlənib hazırlanmasına töhfə vermək və aidiyyəti üzrə təkliflər hazırlamaq;
• Mexaniki avadanlıqların təmiri və quraşdırılması ilə bağlı layihələrin planlaşdırılması prosesində iştirak etmək (məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, mərhələlər və tədbirlərin ardıcıllığının tərtibi);
• Üzərinə düşən öhdəliklərin və verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək; layihələrin icrası, monitorinqi və qiymətləndirilməsi ilə bağlı aidiyyəti struktur bölmələr tərəfindən təşkil olunan işlərdə iştirak etmək;
• Aparılan yoxlamalar zamanı aşkar edilən çatışmazlıqlar barədə rəhbərliyə operativ məlumat vermək və müvafiq hesabatlar hazırlamaq;
• Mexaniki avadanlıqların yenidən dizayn edilməsi, təmiri və ya konstruksiyasının təkmilləşdirilməsi üçün texniki planlar hazırlamaq;
• Qurğuların prototiplərinin hazırlanması, təkmilləşdirilməsi və sınaqdan keçirilməsi proseslərində iştirak etmək;
• Texnoloji avadanlıqların texniki vəziyyətini və qalıq istismar müddətini qiymətləndirmək, müntəzəm baxış və təmir işlərinin təşkilini təmin etmək;
• İstehsal prosesinə nəzarət etmək, işlərin səmərəli təşkili və optimallaşdırılması istiqamətində təkliflər irəli sürmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır;
• Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;
• MS Office (Outlook, Word, Excel) və AutoCAD proqramlarında işləmə bacarığı;
• Əməkdaşlıq, Problem həll etmə, Çeviklik, Təşəbbüskarlıq, Nəticə yönümlülük, Problem həlletmə bacarıqları

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali texniki təhsili;
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

İş qrafiki:
• Növbəli

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar