Mexanika mühəndisi / Təmir-tikinti və texniki təminat şöbəsi / Söyüdlü (Zod) qızıl yatağı

Vakansiyaya dair tələblər

Vəzifə öhdəlikləri:

• Müvafiq sahə üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və layihələrin hazırlanması prosesində iştirak etmək, aidiyyəti üzrə təkliflər vermək;
• Mexaniki avadanlıqların təmiri və quraşdırılması işləri ilə bağlı layihələrin planlaşdırılması və mərhələlər üzrə iş ardıcıllığının hazırlanmasında iştirak etmək;
• Verilmiş tapşırıqların icrasına dəstək göstərmək, layihələrin icrası və monitorinqi ilə bağlı aidiyyəti struktur bölmələrin təşkil etdiyi işlərdə iştirak etmək;
• Yoxlama proseslərində müəyyən edilmiş çatışmazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq və müvafiq məlumatların hazırlanmasında iştirak etmək;
• Mexaniki avadanlıqların yenidən dizaynı, qurğuların təmiri və konstruksiyalarının hazırlanması üzrə işlərin həyata keçirilməsinə dəstək göstərmək;
• Qurğuların prototiplərinin təkmilləşdirilməsi və sınaq proseslərində iştirak etmək;
• Texnoloji avadanlıqların texniki vəziyyətinin yoxlanılması, baxış və təmir işlərinin təşkili prosesində iştirak etmək;
• İstehsal prosesinin izlənilməsində iştirak etmək və işin səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək;
• Sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçılarla bağlanmış müqavilələrin icra vəziyyətinin izlənilməsində iştirak etmək;
• Bağlanmış müqavilələr çərçivəsində şöbəyə həvalə edilmiş işlər üzrə Podratçı, İcraçı və Satıcı təşkilatlar tərəfindən yerinə yetirilmiş işlərin və təhvil verilmiş malların qəbulunda iştirak etmək, onların texniki və keyfiyyət tələblərinə uyğunluğunu qiymətləndirmək və aidiyyəti sənədlərin hazırlanmasına dəstək göstərmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır;
• MS Office (Outlook, Word, Excel) və AutoCAD proqramlarında işləmə bacarığı;
• Texniki istismar qaydalarını (TİQ) bilməli;
• Təhlükəsizlik texnikası qaydalarını(TTQ) bilməli;
• Yanğın təhlükəsizlik qaydalarını(YTQ) bilməli;
• Müvafiq qanunvericilik aktları və normalarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali texniki təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar