Mühəndis texnoloq / Təmir - tikinti və energetika şöbəsi / Elektro-mexanika sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Tikinti işləri üzrə layihələrin planlaşdırılmasında (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı) iştirak etmək;
• Texnoloji proseslərin aparılması, tikinti-quraşdırma və istehsalat proseslərinin texnoloji sxemlərə, layihələrə və hesabatlara uyğun aparılmasının təmin edilməsində iştirak etmək;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edilməsində iştirak etmək;
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin layihə üzrə icra olunmasına nəzarət edilməsində iştirak etmək;
• Layihə smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınmasını təmin edilməsində, layihələrin icrası üzrə işlərə nəzarət edilməsində iştirak etmək;
• Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihə təşkilatları tərəfindən işlənib hazırlanmış texnoloji cizgilərin hesabatların komplektləşdirilmiş olmasının və keyfiyyətinin yoxlanmasının, eləcə də qəbulunun təşkil edilməsində iştirak etmək;
• Tikinti işləri üzrə işlərin sənədləşməsinin düzgünlüyünü və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarının dəqiq aparılmasının təmin edilməsində iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasının yerinə yetirilməsində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Müvafiq qanunvericilik aktları və normalarını;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office və AutoCAD proqramları;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali texniki təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Digər vakansiyalar