Müşavir köməkçisi / İdarə Heyətinin katibliyi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Layihə üzrə cari prosesləri təhlil etmək və optimallaşdırmaq bacarığı;
* İşgüzar məsələlər üzrə dialoqun aparılması, daxil olan məlumatların emalı;
* Elektron sənəd dövriyəsinə daxil olan məktubların izlənilməsi və təhlili;
* Verilmiş tapşırıqlar üzrə müddətlərin planlaşdırılması və icrasına nəzarət (Schedule Performance İndex (SPİ))
* Rəsmi yazışmaların mətnlərinin hazırlanması;
* Müvafiq proseslərin layihə daxilində müstəqil aparılması;
* Cost Performance İndex (CPİ), AFE ( Authorization for Expenditure) layihənin maliyyə səmərəliliyi və xərclərin gəlirlərlə müqayisəli təhlilini aparmaq;
* Potensial risklər və əlavə xərclərin təhlilini aparmaq;
* GAP və SWOT təhlillərin aparılması

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Azərbaycan dili mükəmməl səviyyədə, ingilis və rus dilləri yaxşı səviyyədə olmalıdır;
* Microsoft Office proqramları üzrə işləmək bacarığı;
* Yüksək səviyyədə araşdırma və təhlil etmə, vaxtın düzgün idarəedilməsi, güclü analitika, problem həll etmə və kommunikasiya bacarıqları;

Tələb olunan təhsil və iş təcrübəsi:
* Dağ-mədən və ya neft- qaz mühəndisliyi ixtisasları üzrə ali təhsil.
* Müvafiq sahə üzrə minimum 1 ilədək iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar