Mütəxəssis / Daxili nəzarət şöbəsi / Yoxlama və araşdırma sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Daxili nəzarət alətlərini tətbiq etməklə Cəmiyyətin bütün fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə nəzarət tədbirlərini apararaq nəticələri haqqında hesabatların hazırlanması;
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə, operativ məlumatların təqdim edilməsinə, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət etmək və nəticələri dair hesabatın hazırlanması;
Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasınına; bank hesabları üzrə edilmiş ödənişlərə; müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsinə nəzarət edmək;
Cəmiyyətin tərtib edilmiş mаliyyə hеsаbаtının və fəаliyyətinin mаliyyə göstəricilərinin аnаliz edilməsi;
Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim edilməsinə nəzarət etmək; Vergi orqanlarına təqdim edilmiş hesabatların yoxlanılması və nəticələri dair hesabatın hazırlanması;
Daxili nəzarət sisteminin qiymətləndirməsi və xidməti araşdırmaların aparılması, o cümlədən rikslərin aşkar edilməsi prosesində iştirak etmək, bu istiqamətdə hesabatların, digər sənədlərin və təkliflərin hazırlanmasında iştirak etmək, şöbədaxili arxivləşdirməni aparmaq;
Daxili nəzarət alətlərini tətbiq etməklə müvafiq məlumatları analiz etmək və nəticələri dair hesabatın hazırlanması.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır).
Kompüter bilikləri: Microsoft Office və 1C 8.3 proqramı
Sertifikatlara dair tələblər: Müxtəlif peşə (İFRS, CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, Maliyyə yönümlü ixtisaslar üzrə ali təhsil.
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

İş qrafiki:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar