Mütəxəssis (fotoqraf) / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Mətbuatla iş sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyət tərəfindən və ya müştərək təşkil edilən iclas, tədbir, mərasim, görüş, təqdimat, aksiya və ya hadisələrin, eləcə də insanların (şəxslərin və ya qrup şəklində), ərazilərin, materialların, məhsulların və digər predmetlərin fotoşəkillərinin çəkilişini təmin etmək;
• Press-relizləri, Cəmiyyətin təşəbbüsü ilə elektron media və mətbuat orqanlarda (qəzetlərdə, jurnallarda və başqa nəşrlərdə) hazırlanmış proaktiv məqalələri fotoşəkillərlə təmin etmək;
tapşırıqların spesifik tələblərini öyrənmək və hansı tip kamera, obyektiv, işıqlandırma və arxa aksesuarların istifadə olunmasına qərar vermək;
• Müvafiq fotoşəkilləri redaktə etmək, müvafiq proqramlar vasitəsilə vizullaşdırılmaq;
• Cəmiyyətin fəaliyyətinə dair multimedia arxivini təşkil etmək;
• Müvafiq sahədəki yeniliklər barədə planlaşdırılmış qaydada Cəmiyyətin rəsmi internet səhifəsi və sosial şəbəkə resurlarında dərc edilməsi nəzərdə tutulan informasiyalara uyğun fotoşəkillərin hazırlanması təmin etmək;
• Cəmiyyətin satışa çıxarılmış məhsulları haqqında tanıtım materiallarının hazırlanmasında (təqdimatlar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsində iştirak etmək;
• Cəmiyyətin fəaliyyətinə dair əyani məlumat verən multimedia informasiya sistemlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək; bu sahədəki texnoloji yenilikləri izləmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
Adobe Photoshop, Adobe İllustrator, Adobe Premier, Lightroom, proqramlarında işləmə bacarıqları, MS Ofis proqramları üzrə biliklər;
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və Rus dilləri arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil arzuolunandır.
Digər vakansiyalar