Mütəxəssis / Geoloji kəşfiyyat şöbəsi / Geoloji-geofiziki məlumatların təhlili sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
15.04.2024
Yenilənmə tarixi:
15.04.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Cəmiyyətin fəaliyyəti ilə əlaqədar əldə edilmiş geoloji-geofiziki məlumatların toplanılmasının yerinə yetirilməsində iştirak etmək; * Səlahiyyətləri çərçivəsində şöbənin şifarişçi olduğu podrat müqavilələri üzrə icraya nəzarətin aparılması və sənədlərin müqaviləyə uyğunluğunun yoxlanılmasında iştirak etmək; * Emal və kəşfiyyat sahələrinə giriş icazələrinin podratçı və subpodratçıların əməkdaşları üçün alınması; * Şöbənin fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq müasir innovativ metodlar haqqında məlumatların izlənilməsində, toplanılmasında və məlumatlarla məsul şəxslərin təmin edilməsində iştirak etmək; * Geoloji-geofiziki məlumatların müvafiq qaydada Cəmiyyətin digər tərəfdaşlarına vaxtlı-vaxtında ötürülməsində iştirak etmək; * Söbənin səlahiyyətləri çərçivəsində geoloji kəşfiyyat işləri üzrə dövlət qurumlarına müraciətlərlə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: * Komputer bilikləri: MS Office proqramları * Dil bilikləri: Azərbaycan dili, Rus dili (səlis), İngilis dili (arzuolunandır); * Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, vizyon, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları; * Riyazi analiz qabiliyyəti və analitik düşünmə;
Tələb olunan təhsil və iş təcrübəsi: * Bakalavr təhsili - Geologiya, Geologiya mühəndisliyi ixtisasları üzrə. * Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.