Mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
13.12.2024
Yenilənmə tarixi:
17.12.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Zəruri olan arayış və məlumatları hazırlayaraq sektor müdirinə təqdim etmək; * Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək; * Satışların gündəlik monitorinqi, Cəmiyyətin mağazası və satış sisteminə nəzarət olunmasında iştirak etmək; * Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək; * Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək; * Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək; * Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək; * Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək; * Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək; * Sektorun layihələr üzrə iş həcmlərinin hazırlanması və müvafiq proseslərdə iştirak etmək; * Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək; * Ezamiyyətlərə açıq biri olmalı.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili arzuolunandır; * Microsoft Office proqramları, SAP proqramında işləmə bacarıqları; * Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Nizam-intizam, Təşəbbüskarlıq, Stresə davamlı, Problem həlletmə bacarıqları; * Marketinq sahəsində müvafiq sertifikatların olması arzuolunandır; * Biznes və maliyyə sahəsi üzrə biliklərə sahib olmalıdır; * Bazarda olan tələbatı təhlil etmə, hədəf auditoriyaları müəyyənləşdirmə bacarığına malik olmalıdır; * İşgüzar yazışma qaydalarını bilməlidir.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali (Bakalavr: Marketinq, Magistr təhsili (MBA üzrə) arzuolunandır); * Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.