Mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Vakansiya aktiv deyil
İş yeri:
Kəlbəcər rayonu
İş növü:
Tam
Vakansiya sayı:
2
Son müraciət tarixi:
14.04.2026
Yenilənmə tarixi:
03.04.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək və profilaktik tədbirlər görmək; • İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək; • İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək; • Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək; • İstifadəçi avadanlıqları üçün zəruri olan təbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək; • İstifadəçi avadanlıqlarının yerdəyişməsi və əvəzlənməsi zamanı müvafiq dəyişiklik qeydiyyatının aparılmasını təmin etmək; • Ərazidə olan kamera sistemlərinin (CCTV) fasiləsiz və işlək vəziyyətdə fəaliyyət göstərməsini təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus və ingilis dilləri arzuolunandır; • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları; • Kompüter bilikləri: “Client” tipli əməliyyət sistemləri üzrə (Windows 7/8.1/10/11) ən azı power user səviyyəsində biliklər ; “Service desk” proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər; PC, noutbukların təmiri üzrə (“hardware”) biliklər; “MacOs” ƏS üzrə nəzəri biliklər; “Wi-Fi” şəbəkə avadanlıqlarnan (Access Point) iş təcrübəsi; Baza/ilkin şəbəkə konfigurasiyası biliklərinə sahib olma; Kabel çəkmək və düzgün “Jack” (RJ-45) vurmaq bacarığı; Fiber-optik şəbəkə xəttləri ilə işləmə qabiliyyəti; “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə nəzəri biliklər.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İT üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır. • Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi.
İş qrafiki:
• Növbəli
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.