Mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:

•İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək və profilaktik tədbirlər görmək;
•İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;
•İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;
•Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;
•İstifadəçi avadanlıqları üçün zəruri olan təbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;
•İstifadəçi avadanlıqlarının yerdəyişməsi və əvəzlənməsi zamanı müvafiq dəyişiklik qeydiyyatının aparılmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

•Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunan);
•Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

•İT üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır;
•Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi.

İş qrafiki:

•Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar