Mütəxəssis / Keyfiyyət idarəetmə sistemləri sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
05.05.2021
Yenilənmə tarixi:
04.05.2021
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması, təkmilləşdirilməsi və inkişafının təmin edilməsi; • Funksional prosedur və təlimatların yaradılması, işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi; • İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri və prinsiplərini müntəzəm olaraq hərtərəfli təhlil edilməsi və bu istiqamətində işlərin icrasının təşkili; • İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri istiqamətində risklərin idarə olunması prosesinə yardım etmək; • Təsdiq edilmiş plana uyğun yoxlamaların keçirilməsinin təşkili, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi; • Cəmiyyəti cari qarşılıqlı münasibətlər və əməkdaşlıq inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək; • Əmək funksiyalarına uyğun görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbənin müdirinə (onun tələbinə əsasən) məlumat vermək. Tələb olunan bilik, bacarıq və səriştələr: • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; • Korporativ məlumat sistemində işləməyi bacarmalı; • İdarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlarıa malik olmalı; (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil; • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.