Mütəxəssis / Maliyyə şöbəsi / Büdcə və planlama sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Maliyyə planlaşdırılmasını və maliyyə təhlilini həyata keçirmək;
• İllik büdcə planlamasının qurulmasında iştirak etmək;
• Təsdiqlənmiş büdcənin icrası üzrə məlumatları təhlil edərək hər ayın yekununa dair məlumatları aidiyyatı üzrə təqdim edilməsində iştirak etmək;
• Aylıq plan/fakt hesabatlarının tərtibində iştirak etmək.;
• Müvafiq şöbələrdən daxil olan əsas məlumatların və sənədlərin işlənilməsini təmin etmək;
• Statistik hesabatların təhvil verilməsi üçün məlumatlar hazırlamaq;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili; rus dili arzuolunandır;
• Microsoft Office proqramları üzrə biliklər;
• ACCA və CFA sertifikatları arzuolunandır;
• Analitik təhlil bacarığı, Problemləri həll etmə bacarığı, Komandada işləmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat və maliyyə sahəsi üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar