Mütəxəssis / Maliyyə şöbəsi / Hesabatlılıq sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• AİH, Mərkəzi Bank və digər qurumlara aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
• Şirkətdaxili hesabat və sorğuların vaxtında cavablandırılması;
• Xarici və daxili auditorla bağlı sorğuların cavablandırılması, Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması;
• Daxili hesabat və mühasibatlıq sisteminin inkişafına töhfə vermək və prosesin davamlı olaraq təkmilləşdirilməsinə dəstək olmaq;
• Şöbənin funksiyasından irəli gələn digər işlər.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə tələb olunur;
• Microsoft Office proqramları üzrə biliklər;
• ACCA və Beynəlxalq Maliyyə Hesabatlılığı standartları üzrə biliklər;
• Analitik təhlil bacarığı, İri həcmli məlumatları işləmə bacarığı, Problemləri həll etmə bacarığı, Komandada ilə işləmək bacarıqları, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Maliyyə və Mühasibatlıq sahəsi üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar