Mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
• Bank hesabları üzrə ödənişlərin 1 C ERP sisteminə düzgün işlənməsi;
• Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
• Elektron Qaimə Faktrura, Hesab Fakturalarının 1 C ERP işlənməsi;
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
• Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
• Kassa hesabatının aparılması;
• Əmək haqqı, ezamiyyət və digər ödənişlərin uçotunun aparılması, əmək haqqı və Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqədar statistik hesabatların hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsini təmin etmək;
• Mühasibat arayışlarının hazırlanması, əmək haqqı, ezamiyyət, güzəştlər və vergi məbləğlərinin hesablanması, ödənişini təşkil etmək;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə tələb olunur;
• Microsoft Office proqramları və 1C proqramından yaxşı istifadə bacarığı;
• Vegi qanunvericiliyini yaxşı səviyyədə bilməli;
• Mühasibat müxabirləşmələrini mükəmməl bilməli;
• Analitik təhlill və komanda ilə işləmək bacarıqları, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik, Nizam-intizam, Təşəbbüskarlıq.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar