Mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (nəqliyyat və inzibati işlər)
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
15.06.2026
Yenilənmə tarixi:
11.06.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin etmək; • Şöbənin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkilini rəmin etmək; • Şöbənin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə dair tədbirlər görmək; • Şöbənin tabeçiliyində olan avtomobilləri idarə etmək üçün Yol vərəqələri və etibarnamələrin hazırlanmasını təşkil etmək; • Şöbənin tabeçiliyində olan avtomobillərin texniki qulluq və təmiri ilə əlaqədar hesabatların hazırlanmasını təmin etmək; • Şöbənin satınalma planının tərtib edilməsini təmin etmək; • Şöbənin büdcəsinin tərtib edilməsini təmin etmək; • Şöbənin sifarişçisi olduğu müqavilələri nəzarətdə saxlayaraq uçotun aparılmasına nəzarət etmək; • Cəmiyyətin inzibati binasının və Cəmiyyətin balansında olan müvafiq binaların məqsədyönlü, səmərəli istismarının və onlara gündəlik qulluğun təşkil edilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis ; • MS Office proqramları (xüsusilə Excel, Word, PowerPoint) üzrə yaxşı səviyyədə biliklər; • Satınalma prosedurları və müqavilələrin idarə olunması sahəsində bilik və anlayış; • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər; • Sənədləşmə və hesabatların hazırlanması bacarığı; • Əməkdaşlıq, məsuliyyət, dütüstlük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil. • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.