Nasosxana operatoru / Çovdar filiz emalı sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Nasos stansiyalarında nasosların mayenin bir yerdən digər yerə təhlükəsiz və səmərəli ötürülməsi üçün işlədilməsi və idarə edilməsi.
Optimal performansın təmin edilməsi və dayanmaların qarşısının alınması üçün nasoslarda periodik yoxlamaların, cari, orta və əsaslı təmirlərin görülməsi üçün bilik və bacarıqlara sahib olmalı.
Arzuolunan maye həcminin təmin edilməsi üçün təzyiq manometrlərin, axın sensorlarının və başqa nəzarət ölçü cihazların nəzarətdə saxlanılması və axının nizamlanması.
Əsaslı təmirlərdə və yeni nasosların quraşdırılmasında təmir briqadası ilə işləmək bacarığı.
Nasos və qurğuların səlis işlədilməsi, uzunömürlüyünün təmini üçün təmizlənməsi və yağlanmasının təyin edilmiş vaxtda aparılması. Nasosların və yuxarıda qeyd edilən nəzarət ölçü cihazların ehtiyat hissələri haqqında ümumi biliyinin olması.
Hesabat məqsədləri üçün əməliyyat məlumatlarının, texniki xidmət məlumatların və nasosda yaranan hər hansı pozuntuların qeydinin aparılması.
Ümumi əməliyyat işində plansız dayanmaların qarşısının alınması üçün təmir və əməliyyatların digər komanda üzvləri ilə koordinasiya etmə bacarığının olması.
Fasilələri minimuma endirmək üçün yaranan fövqaladə və qurğu dayanmalarında adekvat tədbirlərin görülməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Əməkdaşlıq,məsuliyyətlilik və çeviklik
Fərdi mühafizə vasitələri barədə məlumatlılıq.

Tələb olunan təhsil, iş təcrübəsi:
Müvafiq sahədə ilk peşə və ya orta ixtisas təhsili.
Müvafiq və ya yaxın sahələr üzrə 1 il iş təcrübəsi arzuolunandır.

İş qrafiki:
* İşçinin iş vaxtı gündəlik işin (növbənin) müddəti 12 saatdan çox olmamaqla, iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə tənzimlənir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar