Nəzarətçi / Təhlükəsizlik xidməti / Tülallar sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Göygöl rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
21.11.2023
Yenilənmə tarixi:
17.11.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: *Təhlükəsizlik fəaliyyətini həyata keçirdiyi sahələrə daxil olan qonaqların, kənar şəxslərin və bütün növ nəqliyyat vasitəsinin müəyyən edilmiş qaydalara uyğun qeydiyyatını, yoxlanılmasını həyata keçirmək və əraziyə buraxılmasına, ərazilərdə davranışına və tərk etməsinə nəzarət etmək; *Təhlükəsizlik fəaliyyətini həyata keçirdiyi sahələrdə xidmətin düzgün və dəqiq təşkil olunmasını yoxlamaq; *Təhlükəsizlik fəaliyyətini həyata keçirdiyi sahələrdə şəxslərin mülkiyyətini, həmçinin fiziki şəxslərin həyat və sağlamlığını hüquqa zidd qəsdlərdən qorumaq; *Təhlükəsizlik fəaliyyətini həyata keçirdiyi yerlərdə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki qüvvə tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq prokurorluq orqanlarına xəbər vermək; *Səlahiyyətləri çərçivəsində struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş iş planlarının və digər bu kimi sənədlə nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edilməsində iştirak etmək; *Cinayət və inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək; *Sahəyə icazəsiz kənar şəxslərin girişinin qarşısının alınması üçün tədbirlərin görülməsini təşkil etmək;
Tələblər : * Yaş 25-45 arası. * Cins: kişi * Boy və çəki uyğunluğu olan ( Boy kriteriyası minimal olaraq 170 sm-dir) * Kollektiv ilə işləməyi bacaran * Növbəli rejimdə işləmək potensialına malik * Həqiqi hərbi xidmət keçən
Tələb olunan bilik, bacarıq və səriştələr: * Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik səriştəlikləri tələb olunur. * MS Office proqramları ;
Tələb olunan təhsil və iş təcrübəsi: * Orta təhsil (Ali təhsilli olması arzuolunandır) * Nəzarətçi kimi ən az 3-4 il iş təcrübəsi (Hərbidə müvafiq stajı olması arzuolunandır)