Növbə nəzarətçisi / CİL zavodu

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Növbə başlamazdan əvvəl, həmin iş günü üçün təyin olunan təlimat mövzularına uyğun iş öncəsi təlimat keçmək;
• Operatorlar və digər texniki heyətin növbə ərzində düzgün və operativ işini təmin etmək, istehsalat ehtiyaclarına uyğun olaraq iş bölgüsünü və fasilələri planlaşdırmaq;
• Proses zamanı dəyişikliklərini nəzərə alaraq növbə üzrə işlərin icra planlarını hazırlamaq və icrasına nəzarət etmək;
• İstehsalata təsir edən bütün texnoloji parametrlər barədə operatorlardan mütəmadi məlumat almaq və bu məlumatlara uyğun prosesə nəzarət etmək;
• İstehsalat üçün gündəlik tələb olunan kimyəvi reagentlərin hazırlanmasının prosedura uyğun olmasına nəzarət etmək və gündəlik sərf olunan və hazırlanan kimyəvilərin miqdarını müvafiq hesabatlarda qeyd etmək;
• ADB (adsorbsiya, desorbsiya, bərpa) və qızıl otağı sahəsindəki ümumi proseslərə nəzarət etmək;
• ADB və qızıl otağı sahəsindəki proseslərə aid dayanmaların planlaşdırılmasını təşkil etmək;
• Yaranan mexaniki və elektriklə əlaqəli nasazlıqlar barədə dərhal müvafiq şöbələrə məlumat vermək və təmir prosesini izləmək;
• Müvafiq prosedur və təlimatlara əsaslanaraq növbə ərzində zavod proseslərini səmərəli və təhlükəsiz şəkildə idarə etmək;
• İstehsalata aid gündəlik qeyd olunan hesabatların müvafiq sahənin opereratorunun düzgün şəkildə işlənməsinə nəzarət etmək;
• İstehsalat üçün gündəlik hazırlanacaq miqdarda kimyəvi reagentləri təmin etmək, lazımi laboratoriya ləvazimatlarının miqdarına nəzarət etmək və təmin olunmasını təşkil etmək;
• İstehsalatla bağlı lazımi texnikaların təmini üçün aidiyyəti şöbələrlə əlaqə saxlamaq və texnikaların işinə nəzarət etmək;
• Operatorların yemək fasiləsinə getmələrini proseslərin gedişatına uyğun planlı şəkildə təmin etmək;
• Zavod sahədində iş görülən zaman operatorların fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək və həmin iş üçün nəzərdə tutulan müvafiq avadanlıqlarla təmin olunması üçün aidiyyəti struktur bölməyə müraciət etmək;
• Nəzarətində olan sahədə əmək intizamının və daxili nizam-intizam qaydalarının qorunmasını təmin etmək;
• Qəza və fövqəladə hallarda (sızma, yanğın, qaz sızması və s.) operativ tədbirlər görmək və rəhbərliyə dərhal məlumat vermək;
• Hər növbənin sonunda baş verən proseslər, dəyişikliklər, sərfiyyatlar, nasazlıqlar və görülən tədbirləri yazılı şəkildə sənədləşdirmək, digər növbəyə təhvil-təslimi lazımi qaydada etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (arzuolunandır)
• Microsoft Office proqramlarında işləmək bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (metallurgiya və ya kimyaçı mühəndis ixtisasları üzrə)
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır

İş qrafiki:

• Növbəli iş rejimi

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar