Növbə nəzarətçisi / Təmir-tikinti və texniki təminat şöbəsi / Mexanika sektoru

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Mexaniki təmir sahəsi üzrə iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan
səviyyədə saxlanılmasına və daim nəzarət etmək;
• Hasilat sahəsini daim monitorinq etmək, aşkarlanan nasazlıqlar, onların həlli və lazım gəldikdə profilaktik tədbirlər barədə rəhbərliyə məlumat vermək;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək, hasilatın texniki hazırlığını təmin etmək;
• Köhnəlmiş avadanlıqlar və obyektləri müəyyən edib onların təmirini növbələşdirmək;
• Bölmədə təhlükəsizlik, ətraf mühit, texniki qulluq və keyfiyyət göstəricilərinə riayət edilməsinə nəzarət etmək;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
• Microsoft Office proqramlarını bilməsi arzuolunandır;
• Biləvasitə mexanika və istehsalat ilə əlaqəli sahələrdə işləməsi;
• Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Operativlik.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə Ali təhsil;
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.

İş qrafiki:
• Növbəli iş rejimi.

Əmək haqqı və əlavə imtiyazlar:

* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar