Operator/Resepşn (Sosial məzuniyyətdə olan işçinin yerinə) / Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi / Sənədlərin idarəedilməsi sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətə gələn ziyarətçi və qonaqları qarşılamaq, onlara yardım etmək və aidiyyəti üzrə yönləndirmək;
• Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyəti şəxslərə məlumat vermək;
• Daxil olan sənədləri qəbul edərək şöbəyə təhvil vermək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.
• Microsoft Office proqramlarını bilməli;
• Yaxşı ünsiyyət bacarıqları, səbrli, gülərüz, məsuliyyətli və nizam-intizamlı;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil arzuolunandır.
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar