Pərakəndə satış üzrə mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
31.03.2023
Yenilənmə tarixi:
17.03.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək; Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək; Cəmiyyət tərəfindən satışa çıxarılmış məhsullar haqqında müxtəlif informasiya kanalları vasitəsilə ictimaiyyətə məlumatların verilməsi, bu istiqamətdə həyata keçirilən layihələrin icrasında iştirak etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satış mağazaları ilə işin əlaqələndirilməsində, mağazaların fəaliyyəti haqqında hesabatların sektor müdirinə təqdim edilməsində iştirak etmək; Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək; Məhsul çeşidlərinin artırılması ilə bağlı araşdırmaların həyata keçirilməsində iştirak etmək və bu istiqamətdə təkliflərin təqdim edilməsi; Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək; Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək; Satışdan irəli gələn sənədlərlə bağlı işlərin icrası və sənədlərə nəzarətin edilməsi; (ödəniş sənədləri, aktlar, mədaxil, məxaric və s.) Zəruri olan arayış və məlumatlar hazırlayaraq sektor rəhbərliyinə təqdim etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: Dil və komputer bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır. Microsoft Office proqramları üzrə biliklər. Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər.
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil. Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.