Planlama mühəndisi / Təmir-tikinti və texniki təminat şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsinin mexanika bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:
· İstehsalat sahəsində texniki xidmət və təmir işlərinin effektiv planlaşdırılmasını və koordinasiyasını təmin etmək;
· Avadanlıqlar üzrə planlı texniki xidmət və təmir qrafiklərini hazırlamaq və onların icrasını təşkil etmək;
· Texniki nasazlıqlarla bağlı statistik təhlillər aparmaq, səbəb-nəticə əlaqələrini araşdırmaq və təkmilləşdirmə təklifləri vermək;
· Ehtiyat hissələri, insan resursları və alətlər daxil olmaqla resursların optimal planlaşdırılmasını həyata keçirmək;
· Planlaşdırılmış texniki xidmət və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək;
· Texniki xidmət proseslərinin davamlı təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək və hesabatlar hazırlamaq.

Tələb olunan bilik, bacarıq və səriştələr:
· Azərbaycan dili (səlis), İngilis dili (arzuolunandır), Rus dili (arzuolunandır)
· Müvafiq qanunvericilik aktları və normativ sənədlər üzrə biliklər;
· Microsoft Office və digər müvafiq sahə üzrə proqramlar;
· Texniki istismar qaydaları (TİQ), təhlükəsizlik texnikası qaydaları (TTQ) və yanğın təhlükəsizliyi qaydaları (YTQ) üzrə biliklər;
· Avadanlıqlarla bağlı texniki sənədləri ingilis dilində oxumaq, təhlil etmək və nasazlıqların aradan qaldırılması üçün düzgün nəticələr çıxarmaq bacarığı;
· AutoCAD, Primavera və digər planlama proqramlarında işləmək bacarığı;
· Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır.
· Əməkdaşlıq, Problem həll etmə, Çeviklik, Təşəbbüskarlıq, Nəticə yönümlülük, Problem həlletmə bacarıqları

Tələb olunan təhsil və iş təcrübəsi:
· Ali texniki təhsil (Mexanika və Sənaye mühəndisliyi üzrə ali təhsil)
· Müvafiq sahə üzrə təcrübə müddəti: Ən azı 3 il

İş qrafiki:
· Növbəli iş qrafiki.

Əmək haqqı və əlavə imtiyazlar:
· Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
· Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
· Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
· Nəqliyyat xidməti.
· Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar