Sahə rəisi / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı (hasilat)

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• İllik hasilat planlarının hazırlanmasına rəhbərlik etmək;
• Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasına rəhbərlik etmək;
• Söyüdlü qızıl yatagının fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Söyüdlü qızıl yatagının sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
• Söyüdlü qızıl yatagının sahəsində işlərin təhlükəsiz və davam etdirilə bilən şəkildə inkişaf etdirilməsinə rəhbərlik etmək;
• Mədən gəlirliliyinin artırılması, əməliyyat xərclərinin azaldılması, işlərin və proseslərin optimallaşdırılması üçün təkliflər verilməsində iştirak etmək və zəruri tədbirlərin görülməsini təşkil etmək;
• Sahənin kommersiya mənfəəti üçün texniki imkanları və potensialı dəyərləndirmək;
• Sahə üzrə dağ-mədən işləri və əlaqədar texniki xidmət fəaliyyətlərinin idarə ediməsində iştirak etmək;
• Mədənin istismarı büdcəsinin işlənib hazırlanmasında iştirak və nəzarət etmək;
• Filiz ayırma sistemlərinin planlaşdırılması və fəaliyyət planına uyğun olaraq yerinə yetirilməsini təşkil etmək;
• İstehsalat sahələrində istehsalata dair xidmətlər göstərən podratçı və subpodratçı şirkətlərin işinə nəzarət etmək;
İstehsalat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan daha effektiv metodların tətbiqini təklif etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
• Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və GIS proqram təminatları ilə işləmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil (Geologiya və ya dağ-mədən mühəndisliyi, metallurgiya mühəndisliyi, üzrə ali təhsil (bakalavr və magistr səviyyəsi);
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi

İş qrafiki:

• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.


Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar