Sektor müdiri / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Keyfiyyətin təminatı sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
12.10.2025
Yenilənmə tarixi:
29.10.2025
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Sektorun fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; • Cəmiyyətdə İdarəetmə sistemləri üzrə beynəlxalq standartların tətbiqini həyata keçirmək, təhlil etmək və təkmilləşdirməyə dair təkliflər vermək; • İMS üzrə Cəmiyyətin malik olduğu beynəlxalq sertifikatın tələbləri və prinsipləri istiqamətində işlərin icrasını təşkil etmək; • Cəmiyyətin struktur bölmələrinin fəaliyyətlərini əhatə edən İMS üzrə sənədlərin İMS tələblərinə uyğun hazırlanmasını təşkil etmək; • Cəmiyyətin daxili qaydalarının, prosedurlarının və təlimatlarının aktuallığının yoxlanılması və yenilənməsini təşkil etmək; • Keyfiyyətin təminatı sektoruna təhvil verilmiş Cəmiyyətin İMS üzrə sənədlərinin əslinin sistemləşdirilməsi, saxlanılması və çoxaldılmasına nəzarət etmək; • Cəmiyyətin əməkdaşlarına İMS-in tələblərinin çatdırılmasını təmin etmək; • İMS-in tələblərini müntəzəm olaraq hərtərəfli təhlil etmək, İMS-ə aid sənədlərin işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi məqsədi ilə təkliflər vermək; • İMS üzrə işçi qrupunun yaradılması və onun işinin təşkil edilməsinə nəzarət etmək; • İMS üzrə sertifikat və nəzarət (xarici) auditlərin keçirilməsini təşkil etmək; • İMS üzrə xarici auditlərə hazırlıq tədbirlərin koordinasiyasını həyata keçirmək; • Cəmiyyətin biznes proseslərinin müəyyən edilməsi və xəritələndirilməsini təşkil etmək; • Müştərilərin məmnunluq səviyyəsinin müəyyən edilməsi, həmçinin müraciətlərin öyrənilməsi proseslərinin yoxlanılması üçün monitorinq təşkil etmək; • Cəmiyyətin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək; • Əmək intizamına və Cəmiyyətdaxili intizam qaydalarına əməl etmək; • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək. • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili yaxşı; • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını; • İdarəetmə sistemləri üzrə (İSO 9001 / İSO 14001 / İSO 45001 / İSO 37001) və auditin keçirilməsi üzrə (İSO 19011) standartlar • İdarəetmə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması • İdarəetmə sistemləri üzrə auditin keçirilməsi təcrübəsi • Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb olunur • İş yeri üzrə xüsusi sertifikasiya tələb olunur
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil tələb olunandır; • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; • İdarəetmə sahəsi üzrə ən azı 1 il iş təcrübəsi; • Ümumi ən azı 5 il iş təcrübəsi;
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.