Sektor müdiri / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Emal sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Sektorun fəaliyyətinin təşkili və müvafiq iş bölgüsünün aparılmasında iştirak;
• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərə baxış keçirmək, nəzarət etmək;
• Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin emal sahələrində işin təşkilinə nəzarəti təşkil etmək;
• Razılaşdırılmış iş həcmi çərçivəsində sifarişlərin verilməsi;
• Cəmiyyətin emal sahələrinin fəaliyyətinə dair hesabatların hazırlanmasını təşkil etmək;
• Cəmiyyətin sifarişi əsasında emal sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə
nəzarəti təşkil etmək;
• İstehsal prosesinin maliyyə tərəfinin təhlili və illik büdcənin tərtib edilməsi;
• İstehsalat sahələrində istismar olunan avadanlıqlarda hər-hansı uyğunsuzluq yarandığı təqdirdə onların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqların verilməsi;
• Cəmiyyətin emal sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili yaxşı;
• Microsoft Office proqramları üzrə biliklər;
• PMP və ya Certified Sustainability Practitioner (CSP) üzrə sertifikatların olması üstünlükdür;
• Analitik təhlil bacarığı, Problem həlletmə bacarığı, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik, Ünsiyyət və təşkilati liderlik bacarıqları, Əməkdaşlıq, İnteraktiv hesabatlılıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (Mühəndislik, Biznesin təşkili və idarəedilməsi, İstehsalatın idarə edilməsi, Dayanıqlı inkişaf və ya aidiyyəti sahələr üzrə);
• Rəhbər vəzifələr üzrə 3 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar