Vakansiyaya dair tələblər: • Sektorun Cəmiyyətin fəaliyyəti ilə əlaqədar əldə edilmiş geoloji-geofiziki məlumatların idarə edilməsini təşkil etmək; • Geofiziki tədqiqatların idarə edilməsini yerinə yetirmək; • Aeroelektormaqnetik tədqiqatların qrafikə uyğun və yüksək keyfiyyətlə aparılmasını təşkil etmək; • Geofiziki məlumatların İcraçılar tərəfindən tam və keyfiyyətli olaraq təqdim edilməsinə nəzarət etmək; • Geofiziki məlumatların dəqiqliyinə və mötəbərliyinə nəzarət etmək; • Geoloji-geofiziki məlumatların daxili qaydalara müvafiq olaraq Cəmiyyətin digər tərəfdaşlarına vaxtlı-vaxtında ötürülməsini təşkil etmək; • Aeroelektormaqnetik tədqiqatlar zamanı toplanılmış məlumatların təhlili prosesinə və nəticələrin aidiyyəti üzrə vaxtlı-vaxtında çatdırılmasına nəzarət etmək; • Yerüstü geofiziki tədqiqatlar zamanı toplanılmış məlumatların təhlili prosesinə və nəticələrin aidiyyəti üzrə vaxtlı-vaxtında çatdırılmasına nəzarət etmək; • İstehsalat sahəsinə mütəmadi olaraq ezamiyyətə gedilməsi (ayda 1 dəfədən az olmayaraq);
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili yaxşı; • 2 və 3 ölçülü geoloji proqramlarla elementar işləmək bacarığı; • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (Geologiya və Geofizika elmləri üzrə); • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.