Sektor müdiri / İnsan resurslarının idarəolunması şöbəsi / İnsan resursları əməliyyatları sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
15.08.2025
Yenilənmə tarixi:
20.08.2025
Vakansiyaya dair tələblər
• Şöbənin işində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edilməsində iştirak etmək və bu sahədə zəruri məsələlərlə bağlı aidiyyəti üzrə təkliflər hazırlamaq; • Sektorun fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulmasını təşkil etmək; • İnsan resurslarının idarə olunması şöbəsinin fəaliyyət istiqamətləri üzrə müvafiq layihələrin hazırlanmasında iştirak etmək və təsdiq edilmiş layihələr üzrə sistemin qurulmasını təmin edilməsində iştirak etmək və onları təkmilləşdirmək üçün aidiyyəti üzrə təkliflər vermək; • İnsan resursları modulunun ERP sistemləri üzərində tətbiqini həyata keçirilməsi və inkişaf etdirilməsi; • Şirkətin ümumi insan resursları və biznes məqsədləri ilə uyğunlaşdırılmış insan resursları əməliyyat strategiyalarının hazırlanması və tətbiq olunması; • İş axınlarının səmərəli şəkildə optimallaşdırılması məqsədilə proseslərin davamlı təkmilləşdirilməsini təmin etmək; • Cəmiyyət üzrə işçilərin iş rejimlərinin qanunvericiliyə uyğun tənzimlənməsinə nəzarət etmək; • Cəmiyyət üzrə işə davamiyyət tabellərinə nəzarət etmək; • İllik məzuniyyət qrafikinin hazırlanmasına, təsdiqlənməsinə və icrasına nəzarət etmək; • Yeni işə qəbul edilən işçilərin bütün müvafiq sənədləşmə işlərinə nəzarət etmək; • Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinə xitam verilməsi ilə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarət etmək; • Elektron hökumət portalında işçilərin əmək müqavilələrinin xitam verilməsi barədə bildirişlərini aidiyyəti üzrə qeydiyyata alınmasına nəzarət etmək; • Vəzifə dəyişikliyi ilə bağlı müvafiq sənədləşmələrin həyata keçirilməsinə nəzarət etmək; • Aidiyyəti üzrə müvafiq hesabatların və arayışların hazırlanmasında iştirak etmək; • Şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək; • Şöbənin illik büdcəsinin tərtib edilməsinə iştirak etmək; • Cəmiyyətin strukturunun layihəsinin tərtib edilməsində iştirak etmək; • Struktur bölmələrdən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yüksək səviyyədə, Rus dili biliyinin olması arzuolunandır; • MS Office (Outlook, Word, Excel, PowerPoint) proqramlarında, ERP sistemlərində ( 1C 8.5) yüksək səviyyədə işləmə bacarığı; • Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır; • Yaxşı ünsiyyət qabiliyyəti, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həll etmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (İnsan resurslarının idarəedilməsi, İqtisadiyyat, Psixologiya, İdarəetmə sahələri üzrə); • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi, idarəetmə təcrübəsi ən azı 2il.
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gündür.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.