Sektor müdiri / Maliyyə şöbəsi / Büdcə və planlama sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
03.09.2023
Yenilənmə tarixi:
07.09.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: ▪ Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək; ▪ Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək; ▪ Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatını təmin etmək; ▪ Biznes planların hazırlanmasında iştirak etmək; ▪ Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını, müvafiq orqanlara verilməsini və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək; ▪ Əsas fondun cari və əsaslı təmirin maliyyələşdirilməsinin qayda və meyarlarının müəyyən edilməsini təmin etmək; ▪ Müvafiq şöbələrdən daxil olan əsas məlumatların və sənədlərin işlənilməsinə nəzarət etmək; ▪ Statistik hesabatların təhvil verilməsini təmin etmək; ▪ Planlaşdırılmış xərclərin faktiki xərclərdən imtinasının analizini aparmaq; ▪ Pul vəsaitlərin və maddi - əmtəə sərvətlərin əskikiliyinin, qanunsuz istifadənin qarşısını almaq məqsədilə tədbirlərin görülməsində iştirak etmək, təklif hazırlayaraq rəhbərliyə təqdim etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: ▪ Dil və komputer bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili arzuolunandır. MS Word, MS Excel, ERP sistemində işləmə bacarığı, (Power BI-arzuolunandır) ▪ ACCA, CIMA, CPA beynəlxalq sertifikatları arzuolunandır. ▪ Əməkdaşlıq, məsuliyyətlilik, düzgün analiz bacarıqları, konfliktlərin idarəolunması, təşəbbüskarlıq, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: ▪ Ali təhsil; ▪ Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 5 il, idarəetmə təcürbəsi - ən azı 3 il tələb olunur.
İş qrafiki: • İş saatları: 09:00 – 18:00; • Nahar fasiləsi: 13:00-14:00; • Şənbə və Bazar istirahət günüdür.