Sektor müdiri / Maliyyə şöbəsi / Büdcə və planlama sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
24.03.2025
Yenilənmə tarixi:
02.04.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək; • Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək; • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatını təmin etmək; • Biznes planların hazırlanmasında iştirak etmək; • Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını, müvafiq orqanlara verilməsini və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək; • Əsas fondun cari və əsaslı təmirin maliyyələşdirilməsinin qayda və meyarlarının müəyyən edilməsini təmin etmək; • Müvafiq şöbələrdən daxil olan əsas məlumatların və sənədlərin işlənilməsinə nəzarət etmək; • Statistik hesabatların təhvil verilməsini təmin etmək; • Planlaşdırılmış xərclərin faktiki xərclərdən imtinasının analizini aparmaq; • Pul vəsaitlərin və maddi - əmtəə sərvətlərin əskikiliyinin, qanunsuz istifadənin qarşısını almaq məqsədilə tədbirlərin görülməsində iştirak etmək, təklif hazırlayaraq rəhbərliyə təqdim etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili isə arzuolunandır; • Microsoft Office proqramları, Power BI üzrə biliklər; • ACCA sertifikatının olması üstünlükdür; • Analitik təhlil bacarığı, İri həcmli məlumatları işləmə bacarığı, Problem həlletmə bacarığı, Komanda ilə işləmək bacarıqları, İdarəetmə, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi: • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; • Müvafiq sahə üzrə minimum 5 il, idarəetmə təcrübəsi 3 il;
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.